Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-04-2024 , 23:16

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mətləb Əliyev: “Qəsəbənin yaşıllıq zolaqlarının qorunması  Buzovna bələdiyyəsinin diqqətində olmaqla maliyyə imkanları çərçivəsində mühafizəsinə dəstək göstərməyi unutmur”


“Məlum olduğu kimi, ötən ilin dekabrın 25-də cənab Prezident İlham Əliyev ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunur”- bu fikirləri  Belediyye.infoya Xəzər rayonu Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyev bildirib.

Sədrin sözlərinə görə, həmrəylik ilinə bizdə bir bələdiyyə olaraq öz töhfəmizi verməyə borcluyuq. Məhz bu məqsədlə bələdiyyənin ekologiya məsələləri daimi komissiyasında qaldırlan məsələlər bələdiyyə iclasında müzakirəyə cıxarılaraq müvafiq qərarlar qəbul edilib.

Ən vacib qərar isə qəsəbə ərazisində yaşıllıq zolaqlarının qorunması və muhafizəsi habelə onlara aqrotexniki qulluğun göstərilməsinin daimi nəzarət saxlanılmasıdır.  

Bununla yanaşı ötən illərdə bələdiyyə tərəfindən salınmış park və bağlarda cari təmir işlərinin aparılması da görülən işlər sırasındadır.

Qəsəbənin yaşıllıq zolaqlarının qorunması  Buzovna bələdiyyəsinin diqqətində olmaqla maliyyə imkanları çərçivəsində mühafizəsinə dəstək göstərməyi unutmur.

Cənab Prezidentin imzaladığı sənəddə də qeyd edilir ki,  Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Belə məsul bir layihənin icrasında Buzovna bələdiyyəsi də öz töhfəsini verəcək və bu istiqamətdə artıq addımlar atılmaqdadır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər